Müəllif: https://www.linkedin.com/in/rashadibrahimoff/ Son yeniləmə tarixi: 29.01.2024

<aside> 💭 *Proqramçıyam, remote işləmək istəyirəm! Necə başlayım? Harda qeydiyyatdan keçim? Necə gəlir əldə edim və vergini hansı qaydada ödəyim?

Əgər sizə bu suallar tanışdırsa, narahat olmayın siz tək deyilsiniz və bu məqalənin faydalı olacağına ümid edirəm.*

</aside>


📘 Son yeniliklər (mütləq oxuyun!)

Vergilərdə 2024-cü il üçün (qısaca) son dəyişikliklər

  1. Mikrosahibkarlar artıq 20% vergi ödəyir. 75% güzəşt almaq üçün 3 işçi götürmək lazımdı
  2. Login parolla giriş ləğv olunur (deyirdilər amma köhnə sistemdə hələ də aktivdi, yəgin ki yeni sistemdə artıq işləməz)
  3. Bankda hesab açmaq üçün artıq şəhadətnamə-dublikat sorğusuna ehtiyac yoxdur. Gərək banka gedəsiniz birbaşa orda hesab açasınız
  4. gpp.az portalı bağlandı, ödənişlər üçün yeni sistemdən istifadə olunacaq (mən belə başa düşdüm)
  5. Yeni sistemin pilot versiyası işə düşür - https://new.e-taxes.gov.az (Xeyirli olsun, amma bunu da gərək indi qurdalayaq necə işləyir 😁)

⚠️ Qeyd: Məqalə son dəyişikliklərlə hələ yenilənməyib.